Torpaq vergisi bəyannaməsinin hansı əlavələrinin mövcud olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Torpaq vergisi bəyannaməsinin aşağıdakı əlavələri mövcuddur:
– “Əlavə 1” – Kənd təsərrüfatı təyinatlı torpaq sahələri barədə məlumatı özündə əks etdirir;
– “Əlavə 2”- Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaq sahələri, yaşayış fondları, həyətyanı və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar barədə məlumatı özündə əks etdirir.