Hündürlüyü 50 m-ə qədər və təyinatı üzrə yanğın təhlükəliliyi sinfi F 4.3 (DTN 2.02-01) olan binalar, eləcə də təyinatı üzrə digər yanğın təhlükəliliyi sinfinə aid binaların daxilində yerləşmiş bu sinfə aid otaqlar üçün bu normaların tələbləri şamil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yaşayış binalarının daxilində və yaxud onların daxilində-bitişik inşa edilmiş F 4.3 sinifli otaqlar həmçinin DTN 2.02-01 normativ sənədinin tələblərinə cavab verməlidirlər.