ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı bəyannaməyə əlavə olunmalı sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması, müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması, dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin məlumatları ilə müqayisə edilərək kənarlaşmanın olub-olmamasının araşdırılması, vergi ödəyicisində vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə alınmış (idxal edilmiş) mallar və baza məlumatlarına əsasən təqdim edilmiş (ixrac edilmiş) malların və hesabat dövrünün sonuna olan mal qalığı barədə məlumatların araşdırılaraq hesabat dövrü üzrə dövriyyənin düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.