Əgər sifariş bir neçə seriyadan ibarətdirsə, ayrı-ayrılıqda hər bir seriyadan nümunələr götürülməli, yoxlanmalı və istifadəyə verilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Saxlanma sahələrində olan başlanğıc materiallar müvafiq qaydada markalanmalı (bu fəslin 6.14-cü bəndinə uyğun olaraq) və etiketlərdə ən azı aşağıdakı məlumatlar göstərilməlidir:
– məhsulun təyin olunmuş adı və aidiyyəti üzrə daxili kodu;
– qəbul zamanı verilmiş seriya nömrəsi;
– aidiyyəti üzrə tərkibindəki materialların statusu (karantin, yoxlamada, icazə verilib, ləğv edilib və s. kimi);
– aidiyyəti üzrə yararlıq müddəti və ya yenidən yoxlama müddəti.