Hazırda ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində dünyanın 105 ölkəsindən 11 minə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Elm və Təhsil Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, ötən tədris ilinə nisbətdə təhsil alan əcnəbi tələbə sayında 10 faiz artım olub.

Tələbələr, əsasən, Türkiyə, Pakistan, İran, Gürcüstan, Rusiya, Hindistan, Suriya, Nigeriya, Çin, Qazaxıstan və digər ölkələri təmsil edirlər.