Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə risklərin müəyyən edilməsi zamanı  dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamə göstəricilərinin müqayisəli təhlili, bəyannaməyə əlavə olunmalı sənədlərin vergi ödəyicisi tərəfindən təqdim edilib-edilməməsinin araşdırılması, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait üzrə geri qaytarılmayan məbləğin işçinin vergitutulan gəlirinə aid edilib-edilməməsi hallarının araşdırılması, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinin Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”na uyğun olub-olmamasının araşdırılması, işəgötürən tərəfindən 3 ildən artıq müddətə bağlanılmış müqaviləyə əsasən bank və digər ödəniş hesabları vasitəsilə ödənilmiş həyatın yığım sığortası üzrə sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olan hissəsinin vergiyə cəlb edilib-edilməməsi hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS)  kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.