Binalarda qaz təchizatı sistemi AzDTN 2.13-1* normativ sənədinin və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələblərinə müvafiq layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binalarda bərk məişət tullantılarından təmizlənmə və tozuducu sistemlər nəzərdə tutulmalıdır. Binalardan bərk məişət tullantılarının kənarlaşdırılması sistemi bərk məişət tullantılarının sutka ərzində toplanmasının normalarına əsaslanaraq (binanın abadlıq dərəcəsi nəzərə alınmaqla) hesablanmalıdır.