Binaların hər mərtəbəsində əlilliyi olan şəxslər üçün müyəssər olan ayaqyolu nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Ayaqyolunun (əlüzyuyan olmaqla) ölçüləri əlilliyi olan şəxslərin, xüsusilə də əlil arabası istifadəçilərinin rahat istifadəsi üçün müvafiq standartlara uyğun olmalı, qapıların həm içəri, həm də çölə açılması mümkün olmalıdır. Sanitar qovşağında siqnalizasiya çəkilməlidir.