Cari stabilliyin öyrənilməsi proqramının nəticələri rəhbər işçilər, xüsusilə də Səlahiyyətli Şəxs üçün əlçatan olmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Əgər cari stabilliyin öyrənilmə proqramı yarımfabrikat və ya hazır məhsulun istehsal edildiyi müəssisədən kənarda həyata keçirilirsə iki tərəf arasında yazılı razılaşma olmalıdır. Sözügedən araşdırmaların nəticələri səlahiyyətli qurumlar tərəfindən baxılması üçün istehsalçıya təqdim edilməlidir.