Ləğv edilmiş materiallar və məhsullar aydın şəkildə markalanmalı və giriş məhdudiyyəti olan, ayrılmış sahələrdə saxlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bu material və məhsullar ya təchizatçıya geri qaytarılmalı, ya əgər mümkündürsə, yenidən emal olunmalı, ya da məhv edilməlidir. Yerinə yetirilən istənilən fəaliyyətlər sənədləşdirilməli və bu sahədə səlahiyyəti olan şəxs tərəfindən təsdiqlənməlidir.