Hündürlüyü 28 m-dək (daxil olmaqla) olan binaların mansardalarında K0 sinifli yanğın təhlükəsizliyini təmin edən oddanmühafizəli ağac konstruksiyaların tətbiq edilməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Çardaqların çatqılarının, qəfəsələnməsinin və örtüyünün tezalışan material-lardan hazırlanmasına yol verilir. Çardağı olan binalarda (V dərəcəli odadavamlı binalar istisna olunmaqla) çatqılar və qəfəsələmə tezalışan materiallardan quraşdırıldıqda dam örtüyünün yanan materiallardan quraşdırılmasına yol verilmir.