Sadələşdirilmiş vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı müvafiq sahələr üzrə enerji sərfiyyat normalarına uyğun hasilatın bəyannamə göstəriciləri ilə müqayisə olunması, sadələşdirilmiş vergi bəyannaməsinin 801-802-803-cü sətir məlumatları ilə 804-cü sətir məlumatı arasında fərq yarandığı halda, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ilin sonu vəziyyətinə “Sair debitor borcların qalığının olub-olmaması vəziyyətinin araşdırılması, vergi ödəyicisi tərəfindən əvvəlki dövrlərdə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin ilin sonu vəziyyətinə “Sair debitor borcların qalığının olmaması, lakin sonrakı dövrlərin bəyannamələrinin 804-cü sətirində məlumat göstərilməsinə baxmayaraq, aylar üzrə göstəricisiz təqdim edilməsi, dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, eyni zamanda sadələşdirilmiş vergi ödəyiciləri üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmiş vergi ödəyicilərinin ƏDV qeydiyyatına alınma ehtimalının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.