Farmakopeya standartları müvafiq monoqrafiyalarda qeyd edilən məqsədlərlə istifadə edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Laboratoriya reagentləri, məhlullar, istinad satandartları və qidalı mühitlər üzərində hazırlanma və açılma tarixi, həmçinin onları hazırlayan işçinin imzası olan etiketlərlə markalanmalıdır. Reagentlər və qidalı mühitlərin etiketlərində həmçinin yararlıq müddəti və saxlanma şəraiti əks olunmalıdır. Bundan əlavə titrli məhlulların üzərində son dəfə titrin təyin olunma tarixi və son düzəliş əmsalı da göstərilməlidir.