Hesabat formasında ölkə daxilində aparılan əməliyyatların sayı və həcmi bankomatlar, POS-terminallar, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə, özünəxidmət terminalları vasitəsilə aparılan ödəniş əməliyyatları, həmçinin sadalanan qruplara aid edilməyən digər əməliyyatlardan ibarətdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “Bankomatlar üzrə aparılan əməliyyatlar” hissəsində bankomatlar vasitəsilə nağd pulun çıxarılması, bankomatlar vasitəsi ödənişlərin həyata keçirilməsi və bankomatlar vasitəsilə aparılan digər əməliyyatlar əks etdirilir.