Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı investisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması, xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatının həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə, bəyannamədə xarici valyutaların manata nisbətən göstərilən müsbət və ya mənfi məzənnə fərqinin üzləşdirilməsi, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxs tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin (vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlər istisna olmaqla) ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən məbləğin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.