Neyrosirkulyator asteniya üçün arterial təzyiqin hər hansı bir qıcıqlandırıcıya qeyri-adekvat reaksiyası ilə vegetativ-damar pozulmaları sindromu xarakterikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Hərbi-həkim ekspertizası haqqında Əsasnamədə əksini tapıb.
Hipotenziv reaksiyalarla müşayiət olunan neyrosirkulyator asteniyanı arterial təzyiqin 90/50– 100/60 mm civə sütununa bərabər göstəricilərində sağlamlığından heç bir şikayət etməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini saxlayan sağlam adamların fizioloji hipotoniyasından fərqləndirmək lazımdır.