Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə qeyri-bank ödəniş xidməti təchizatçısına daxilolmalar və qeyri-bank ödəniş xidməti təchizatçısından kənara köçürmələr pul köçürmə sistemlərinin adları, ölkədaxili və ölkəxarici, həmçinin ödəniş üsulu üzrə təsnifləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Qeyri-bank ödəniş xidməti təchizatçısına daxilolmaların ödəniş xidməti istifadəçilərinin sərəncamına verilməsi üzrə baş ofis, əməliyyat bölmələri və ödəniş agentlərinə yaxınlaşmaqla, elektron üsullarla (internet səhifəsi, mobil tətbiq), ödəniş terminalı vasitəsilə və digər üsullar olmaqla təsnifləşdirilir.