ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyiciləri tərəfindən təqdim olunan ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əlavəsinə əsasən vergi ödəyicilərinə ödənilmiş icarə haqqı məbləğləri ilə icarə haqqını əldə edən qarşı tərəfin həmin hesabat dövrü üzrə ƏDV bəyannaməsinin 301.1-ci sətrinin (ƏDV 18% dərəcə ilə cəlb olunan əməliyyatlar) və həmin bəyannamənin 3 nömrəli əlavəsinin (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlirlər) 301.1.2.1-ci sətrinin müqayisəsi, Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Vergi ödəyiciləri tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində çəkilmiş sosial xarakterli xərclərin əvəzləşdirilməsinin araşdırılması və dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğiləri üzrə aparılmış əvəzləşmələrin araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.