50 m-dən hündür olan binalar üçün DTN 2.02.01 normativ sənədinə müvafiq olaraq, onların yanğından mühafizəsinin spesifik xüsusiyyətlərini nəzərə alan əlavə tədbirlərdən ibarət texniki şərtlər hazırlanmalı və DTN 2.02-01 normativ sənədində müəyyən olunmuş qaydada razılaşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Yanğını aşkar edən və söndürən avtomatik qurğular, yanğın barədə xəbərdarlıq sistemləri yanğın təhlükəsizliyi sahəsində qüvvədə olan normativ sənədlərin tələblərinə müvafiq nəzərdə tutulmalıdır.