Müəyyən hallarda prinsiplər əsasında kənar laboratoriyaların xidmətlərindən istifadə edilə bilər, lakin bu Keyfiyyətin yoxlanılmasına dair qeydlərdə öz əksini tapmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Laboratoriyada sənədləşmə işi 6-cı fəsildə qeyd edilən prinsiplərə uyğun qurulmalıdır. Bu sənədləşmənin əsas hissəsi Keyfiyyətin yoxlanılmasına aiddir. Bu şöbədə aşağıdakı sənədlər olmalıdır:
– spesifikasiyalar;
– nümunələrin götürülməsi, sınaqlar, qeydlər (analitik iş vərəqələri və / və ya laborator jurnallar da daxil olmaqla), qeydiyyat və yoxlamaya dair prosedurlar;
– avadanlıqların “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun kalibrlənmə/kvalifikasiyası və onlara texniki qulluq barədə prosedurlar və qeydlər;
– spesifikasiyadan kənar və tendensiyadan kənar nəticələrin tədqiqinə dair prosedurlar;
– analitik hesabatlar və / və ya analiz sertifikatları;
– aidiyyəti üzrə istehsal mühitinin (hava, su və digər texnoloji muhitlər) monitorinqinə dair məlumatlar;
– aidiyyəti üzrə sınaq üsullarının validasiyası.