Əlilliyi olan şəxslər üçün məkan və zonaların, binaya girişlərin və otaqların parametrləri STN 62-nin tələblərinə uyğun olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Binaların girişi, eləcə də ətraf sahələri rampalarla təmin olunmalıdır. Rampaların maililiyi və onların kənarlarında səkilər əlilliyi olan şəxslər üçün müəyyən edilmiş tələblərə cavab verməlidir. İclas və konfrans otaqlarında əlilliyi olan şəxslər, xüsusilə də əlil arabası istifadəçiləri üçün yerlər nəzərdə tutulmalı, həmin yerlərə gediş-gəlişin əlçatanlığı təmin edilməlidir.