Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı təhsil müəssisələrinin, o cümlədən məktəbəqədər təhsil müəssisələrinin və sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəətinin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azad edildiyi nəzərə alınaraq, əldə edilmiş mənfəətin hansı xərclərə yönəldilməsinin araşdırılması, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsil müəssisəsi hesab olunan qurumlar istisna olmaqla, digər vergi ödəyicilərinin mənfəət vergisindən azad edilib-edilməməsi hallarının araşdırılması, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vergidən azad edilmiş mənfəətin araşdırılması, vergi ödəyiciləri tərəfindən təqdim olunan ÖMV bəyannaməsinin əlavəsinə əsasən hüquqi şəxslərə ödənilmiş icarə haqqı məbləğləri ilə icarə haqqını əldə edən qarşı tərəfin həmin hesabat dövrü üzrə mənfəət vergisi bəyannaməsinin ümumi gəlirlər hissəsində dövriyyə göstərilib-göstərilmədiyi və ya ümumi gəlirlər hissəsində dövriyyə göstərildiyi halda, bəyannamənin daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir hissəsində dövriyyə göstərilib-göstərilməməsinin müqayisəsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.