ƏDV ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı əvəzləşmə aparan vergi ödəyicilərinin bank və digər ödəniş hesabları və ƏDV depozit hesabı üzrə məxaric əməliyyatlarının araşdırılması, investisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması, vergi ödəyiciləri tərəfindən aparılan nağd əməliyyatların bəyannamədə düzgün göstərilməsinin yoxlanılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə vergi orqanına təqdim edilmiş müvafiq məlumat formasında olan göstəricilərinin bəyannamə məlumatları ilə yoxlanılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.