Qeyri-bank ödəniş xidməti təchizatçısından kənara köçürmələrin həyata keçirilməsi üzrə baş ofis, əməliyyat bölmələri və ödəniş agetlərinə yaxınlaşmaqla, elektron üsullarla (internet səhifəsi, mobil tətbiq), ödəniş terminalı vasitəsilə (o cümlədən nağd pulun daxil edilməsi və ödəniş alətləri vasitəsilə) və digər üsullar olmaqla təsnifləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasında pul köçürmə sistemləri vasitəsilə qeyri-bank ödəniş xidməti təchizatçısına daxilolmalar və qeyri-bank ödəniş xidməti təchizatçısından kənara köçürmələr pul köçürmə sistemlərinin siyahıdakı adlarına uyğun təsnifləşdirilir. Siyahıda adı əks olunmayan hər hansı digər pul köçürmə sistemi vasitəsilə qeyri-bank ödəniş xidməti təchizatçısına daxilolmalar və qeyri-bank ödəniş xidməti təchizatçısından kənara köçürmələr həyata keçirildikdə həmin əməliyyatlar “digər” seçimində əks olunmalıdır.