İlkin və çap qablaşdırma materiallarının hər qəbulu və ya seriyasına xüsusi identifikasiya nömrəsi və ya nişanı verilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Yararlıq müddəti bitmiş və ya yararsız hala düşmüş ilkin və çap qablaşdırma materialları sənədləşdirilərək məhv edilməlidir. Qablaşdırma əməliyyatına dair plan hazırlanarkən çarpaz çirklənmə və qarışıq salma risklərinin minimuma endirilməsinə diqqət yetirilməlidir. Əgər fiziki baryer yoxdursa müxtəlif məhsulların biri-birinə yaxın yerlərdə qablaşdırılmasına yol verilmir.