Qablaşdırmanın üzərində hər bir maddənin (reagentlər, məhlullar, istinad standartları və s.) qəbul tarixi qeyd olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İstifadə və saxlanma təlimatlarına əməl olunmalıdır. Bəzi hallarda reagentlərin qəbulu zamanı və ya istifadədən əvvəl eynilik təyini və / və ya digər sınaqlar aparılmalıdır. Əgər digər üsulların istifadəsi elmi əsaslandırılmayıbsa qidalı mühitlər istehsalçının tələblərinə əsasən hazırlanmalıdır. Bütün qidalı mühitlərin yararlığı istifadədən əvvəl yoxlanılmalıdır.