Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə risklərin müəyyən edilməsi zamanı kredit və ya elektron pul təşkilatlarından və ya bank əməliyyatları aparan şəxslərdən alınan rəsmi məlumatlar, maliyyə orqanlarından dövlət əsaslı vəsait qoyuluşu üzrə daxil olan məlumatlar, dövlət satınalma müqavilələri üzrə daxil olan məlumatlar, nəqliyyat vasitələrinin qeydiyyatı barədə aidiyyəti orqanlardan alınan məlumatlar, əmək müqavilələri üzrə elektron məlumat bazasından alınan məlumatlar və digər səlahiyyətli orqanlardan alınan məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatların araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS)  kənar qaydada kameral vergi yoxlamaları aparılır.

Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.