Hesabat formasının “POS-terminallar üzrə aparılan əməliyyatlar” hissəsində POS-terminallar vasitəsilə nağd pulun çıxarılması əməliyyatları, POS-terminallar vasitəsilə ödənişlər, o cümlədən POS-terminallar üzrə təmassız ödənişlər və POS-terminallarla aparılan digər əməliyyatlar əks etdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
Hesabat formasının “İnternet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatları” hissəsində internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan nağdsız əməliyyatlar əks etdirilir.