Sifarişçi, icraçının fəaliyyətinə, həmçinin inkişaf üçün tətbiq etdiyi tədbirlərə nəzarət etməli və onları yoxlamalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Digər təşkilat tərəfindən icra olunmağa verilən fəaliyyətlərin nəticələrinin və onlara dair qeydlərin yoxlanmasına və qiymətləndirilməsinə görə sifarişçi məsuliyyət daşıyır. Sifariş həmçinin ya birbaşa özü, ya da icraçının Səlahiyyətli Şəxsinin rəyinə əsasən icraçı tərəfindən təqdim edilən bütün məhsul və materialların Eibarlı İstehsalat Təcrübəsi (EİT) və qeydiyyat sənədlərinin tələblərinə uyğun olduğuna zəmanət verməlidir.