Rəhbərlik üçün KABİNETLƏR

29 Dekabr 2024, 06:03

İdarə və təşkilatlar üçün binaların otaq və yerləşgələrinin layihə tapşırığından asılı olaraq hansı əsas funksional qrupları təşkil etdiyi müəyyənləşib.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

İdarə və təşkilatlar üçün binaların otaq və yerləşgələri layihə tapşırığından asılı olaraq aşağıdakı əsas funksional qrupları təşkil edirlər:

  1. a) rəhbərlik üçün kabinetlər;
  2. b) idarə və təşkilatların struktur bölmələrinin iş otaqları;
  3. c) müşavirələr üçün otaqlar və konfrans zalları;

ç) məlumat-texniki təyinatlı yerləşgələr, o cümlədən texniki kitabxanalar, layihələndirmə üçün kabinetlər, arxivlər və digər otaqlar;

  1. d) giriş qrupu yerləşgələri, o cümlədən vestibül, vestibül önü, qarderob, buraxılış bürosu, mühafizə otaqları;
  2. e) sosial-məişət xidməti otaqları, o cümlədən ictimai-iaşə müəssisələri otaqları, tibbi xidmət, sanitar qovşaqları, xidmət və istismar heyəti üçün otaqlar, idman-sağlamlıq yerləşgələri;
  3. f) binanın texniki xidmət göstərən yerləşgələri, o cümlədən təmir emalatxanaları, müxtəlif təyinatlı anbar və saxlanc yerləri;
  4. g) mühəndis avadanlıqları üçün yerləşgələr, o cümlədən ventilyasiya kameraları, elektrik lövhələri.