Spesifikasiyadan kənaraçıxma halları və ya əhəmiyyətli atipik tendensiyalar araşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Məhsulun realizasiya olunmuş seriyaları ilə bağlı istənilən təsdiqlənmiş spesifikasiyadan kənaraçıxma və ya əhəmiyyətli mənfi tendensiya barədə səlahiyyətli orqanlara məlumat verilməlidir. Realizasiya olunmuş seriyaya mümkün ola biləcək təsirlər bu tələblərin 7-ci fəslinə uyğun olaraq nəzərdən keçirilməli və müvafiq səlahiyyətli orqanlarla müzakirə edilməlidir.