Təxliyə çıxışlarının və pilləkən marşlarının eni bu çıxışdan təxliyə olunanların sayından asılı olaraq, binalarda 1 m eninə düşən say hesabı ilə təyin olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Təxliyə çıxışlarının və pilləkən marşlarının eni bu çıxışdan təxliyə olunanların sayından asılı olaraq, binalarda 1 m eninə düşən say hesabı ilə təyin olunmalıdır:
I və II odadavamlılıq dərəcəli, yanğın təhlükəliliyi sinfi C0 olan binalarda -165 nəfərdən;
III və IV odadavamlılıq dərəcəli, yanğın təhlükəliliyi sinfi C0, C1 olan binalarda -115 nəfərdən;
III və IV odadavamlılıq dərəcəli, yanğın təhlükəliliyi sinfi C2, C3 və V odadavamlılıq dərəcəli, bütün yanğın təhlükəliliyi siniflərindən olan binalarda – 80 nəfərdən artıq olmamalıdır.
Təxliyə çıxışlarının eni həmçinin, DTN 2.02-01-nin 6.16-ci bəndinin, pilləkən marşlarının isə 6.29-cu bəndinin tələbləri nəzərə alınmaqla təyin olunmalıdır.