Torpaq vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş vergi bəyannamələri ilə yoxlanılan bəyannamənin göstəricilərinin müqayisəsi, dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, bəyannamədə vergi güzəştlərinin olub-olmamasının araşdırılması, binalar, tikililər və qurğular üzrə əsas vəsaiti olub torpaq vergisi bəyannaməsi təqdim etməyən vergi ödəyicilərinin təhlili, torpağı icarəyə götürmüş şəxslərin icarə haqqı ilə yanaşı torpaq vergisinin hesablanmasının araşdırılması, fəaliyyətini dayandırdıqdan sonra, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin birgə iştirakı ilə verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilməsi mümkün olan torpaqların təyinatı üzrə istifadə edilməsi mümkün olmayan torpaq kimi bəyannamələrdə qeyd edilməsi hallarının araşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.