Sadələşdirilmiş vergi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı vergi ödəyicisində vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən mal qalığı ilə alınmış (idxal edilmiş) mallar və baza məlumatlarına əsasən təqdim edilmiş (ixrac edilmiş) malların və hesabat dövrünün sonuna olan mal qalığı barədə məlumatların araşdırılaraq hesabat dövrü üzrə bəyannamə məlumatlarının düzgün göstərib-göstərilməməsi hallarının araşdırılması, investisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.