Xızıda məktəb direktorunun meyiti işlədiyi məktəbdə tapılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xızı rayonunun mərkəzi məktəbində qeydə alınıb.
1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədov axşam yaşadığı ünvandan idman etmək məqsədi ilə çıxdığı, lakin bu gün səhər saatlarında drektor işlədiyi məktəbdə meyitinin tapıldığı bildiririlir.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.