Çatqı və qəfəsələr isə oddan müdafiə məqsədilə sınaq zamanı ağacın kütləsinin azalmasını 13 %-dən çox olmayaraq təmin edən rejimdə emal olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.
Yanğın əleyhinə divarlar damdan hündür olmalıdır: əgər çardaqlı və ya çardaqsız dam örtüyü elementlərindən heç olmasa biri, dam örtüyü istisna olunmaqla, Y3- Y4 qrupuna aid materiallardan hazırlandıqda azı 60 sm, Y1 və Y2 qruplarına aid materiallardan hazırlandıqda isə azı 30 sm hündür olmalıdır.