Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Tahir Yaqub oğlu Budaqov “Şöhrət” ordeni ilə təltif edilib.

Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edək ki, Tahir Budaqov Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri, Dövlət Statistika Komitəsinin sədridir.