ABŞ-ın Nyu-Or0lean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Heftelik.az-ın “ABC News” telekanalına istinadən verdiyi məlumata görə, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb.
Atışmada iki polis əməkdaşı yaralanıb, atəş açan şəxs öldürülüb.
İnsanların həlak olduğu ərazidə partlayıcı qurğu da aşkar edilib.
Qeyd edək ki, Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən iki gün əvvəl İgl-Pass şəhəri yaxınlığından Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.
CBS telekanalı isə şübhəlinin adının Şəmsud Din Cabbar olduğu haqda məlumat yayıb. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.
Hüquq mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.