Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.
Heftelik.az-ın məlumatına görə, bunu AzərbaycanTibb Universitetinin (ATU) Mətbuat katibi Günel Aslanova bildirib.
Həkimlərin səyi nəticəsində ürək fəaliyyəti bərpa olunub. Xəstə süni tənəffüs aparatına qoşulub. Qeyd edilib ki, vəziyyəti həddən artıq ağır kritik olaraq qalır.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.