Dekabrın 24-də Kür çayının rayonun Əlvənd kəndi ərazisindən keçən hissəsində batan 8-ci sinif şagiridi Kərimli Saray Sərvan qızının meyiti bu gün tapılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bu gün 2011-ci il təvəllüdlü Kərimli Saray Sərvan qızının meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Saray Kərimli dekabrın 24-də səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb. Müəllimləri onun məktəbə gəlmədiyini bildikdən sonra axtarışına başlayıblar. Saray Kərimlinin çantası  çantası Kür çayının kənarında tapılıb.