Türkiyədə 4,5 maqnitudalı zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 16.51-də baş verən zəlzələnin ocağı Aralıq dənizində, Alaniya sahillərində, 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.