Trampa hökm oxunacaq – TARIX

04 Yanvar 2025, 08:17

Nyu-York məhkəməsi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçmiş porno aktrisa Stormi Danielsə pul ödəməsi ilə bağlı “Trump Organisation” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması ilə əlaqədar məhkəmə prosesini yanvarın 10-na təyin edib.

Heftelik.az-ın məlumatına görə, bu barədə məhkəmənin elektron məlumat bazasında dərc olunan sənəddə qeyd olunub.

Bildirilib ki, müttəhimin hökm oxunması üçün 2025-ci il yanvarın 10-da məhkəməyə gəlməlidir.

Beləliklə, yanvarın 20-də baş tutacaq andiçmə mərasiminə 10 gün qalmış Donald Trampa hökm oxunacaq.