Bərk məişət tullantı boruları ilə təchiz olunmayan binaların ərazilərində bərk məişət tullantıları yığılan tutumların (urnaların) yerləşdirilməsi üçün xüsusi sahələr ayrılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İdarə və təşkilatlar üçün binalar və otaqlar. Layihələndirmə normaları”nda əksini tapıb.

Ayrılan sahələr açıq, döşəməli, sukeçirməyən örtüklü və imkan daxilində yaşıllıqla əhatələnmiş olmalıdır. Binadan bərk məişət tullantılarının kənarlaşdırılması vasitələri yaşayış məntəqəsinin təmizlənmə sistemi ilə əlaqələndirilməlidir.