Müvafiq keyfiyyətdə olan bütün seriyanın və ya əvvəlki, artıq istehsal olunmuş seriyanın bir hissəsinin istehsalın müəyyən mərhələsində olan eyni məhsulun seriyasına qarışdırılmasına yalnız daha əvvəldən rəsmiləşdirildikdə və təsdiqləndikdə yol verilir.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Bu növ fəaliyyətlər mövcud risklər qiymətləndirildikdən və yararlıq müddətinə ola biləcək təsirlər aydınlaşdırıldıqdan sonra təyin edilmiş prosedurlara əsasən icra olunmalı və sənədləşdirilməlidir.