Proqram zamanı əldə olunan aralıq nəticələr də daxil olmaqla, bütün nəticələrin yazılı formada qeyediyyatı aparılmalı və bu qeydlər saxlanmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.

Bu qeydlər mütəmadi olaraq nəzərdən keçirilməlidir. Sınaq üsullarının köçürülməsi. Sınaq üsullarının köçürülməsindən əvvəl sözügedən üsulların qeydiyyat sənədlərinin tələblərinə uyğunluğuna əmin olunmalıdır. Qüvvədə olan tələblərə (ICH/VICH) müvafiq olduğuna zəmanət vermək üçün ilkin sınaq üsulunun validasiyası yoxlanılmalıdır. Sınaq üsullarının köçürülməsini həyata keçirməzdən əvvəl əlavə validasiyaya ehtiyac olub-olmadığını müəyyən etmək məqsədi ilə çatışmazlıqlar (boşluqlar) araşdırılmalı və sənədləşdirilməlidir.