Mənfəət vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı fəaliyyətini dayandırmış vergi ödəyiciləri barədə kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatı, onun hesabları və hesab əməliyyatları barədə məlumatın, həmçinin bu məlumatı təsdiq edən sənədlərin, uçot-baza məlumatları əsasında təqdim edilmiş elektron qaimə-fakturalar barədə məlumatın alınması, kassa metodu ilə bəyannamə təqdim edildikdə, ödəmə mənbəyində vergi tutulmalı olan xərclərin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin göstəriciləri ilə müqayisə edilməsi, əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin cari vergi ödəmələri barədə vergi orqanına arayış təqdim etmədikdə vergi orqanının uçot-baza məlumatları əsasında cari vergi ödəmələrinin müəyyən edilməsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.