Torpaq vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı investisiya təşviqi sənədi ləğv edilmiş vergi ödəyicilərinin təşviq sənədinin ləğv edildiyi hesabat dövrü üzrə güzəşt tətbiq edilmiş vergilərinin bərpa edilib-edilməməsi hallarının araşdırılması, fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqların torpaq vergisinə cəlb edilib-edilməməsinin araşdırılması, Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halların araşdırılması. nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.
Vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar vergi orqanında olan və hesabat dövrü üzrə vergitutma bazasına təsir edən aşağıdakı məlumatlar araşdırılmalıdır:
– Daşınmaz əmlakın alqı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatlar;
– Digər səlahiyyətli orqanlardan alınan məlumatlar;
– Vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar.
– Yol vergisi və icbari tibbi sığorta haqları üzrə bəyannamə (hesabat).