İcraçı, sifarişçi tərəfindən sifariş olunan fəaliyyətlərin müvafiq qaydada yerinə yetirilməsi üçün uyğun sahələrə, avadanlıqlara, biliyə, təcrübəyə və ixtisaslı işçi heyətinə sahib olmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
İcraçı əmin olmalıdır ki, ona təqdim edilən bütün məhsullar, materiallar və məlumatlar təyinatı üzrə istifadəyə yararlıdır. İcraçı, əvvəlcədən sifarişçi ilə müzakirə etmədən və razılaşdırmadan öz öhdəçiliyində olan fəaliyyəti hər hansı üçüncü tərəfə tapşırmamalıdır.