İstifadə edilmiş mikrobioloji mühitlər və ştammlar standart prosedurlara əsasən, çarpaz çirklənmənin və qalıqların qarşısını alacaq şəkildə zərərsizləşdirilməlidirlər.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sözügedən mikrobioloji mühitlərin yararlıq müddətləri təyin olunmalı, sənədləşdirilməli və elmi əsaslandırılmalıdır. Komponentlərin, materialların və ya məhsulların yoxlanılmasında istifadə ediləcək heyvanları istifadədən əvvəl karantinə yerləşdirmək lazımdır.