Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) hakim qarşısına çıxarılır.
Heftelik.az-ın Bakupost-a istinadən verdiyi məlumata görə, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.
Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Bakinski xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonovichdir. O, da hazırda həbsdədir.
Cinayət işi üzrə Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.